1.Ödəniş məlumatları
1.1. Alınan məhsulların və onların çatdırılmasının dəyərinin ödənilməsi Sifariş formasında göstərilən ödəmə üsulu ilə həyata keçirilməlidir.
1.2. Ödəmə kredit / debet kartı ( VISA və MasterCard, Maestro ) ilə yerinə yetirildikdə siz müvafiq bankın ödəniş üçün nəzərdə tutulmuş səhifəsinə
keçid alacaqsız.
1.3. Azərbaycan və ya xarici banklar tərəfindən istifadəyə verilmiş Visa, Mastercard, Maestro ödəmə kartları ilə platformada ödənişlər keçirmək
mümkündür.
1.4. AZERFASHION onlayn alış-verişin təhlükəsizliyinə xüsusi diqqət yetirir. Bütün əməliyyatlar təhlükəsiz ödəniş sistemləri vasitəsilə həyata keçirilir.
Məxfi ödəniş məlumatları şifrəli formada (SSL) icra edilir. Kart məlumatları serverimizdə saxlanılmır. Sifarişinizi yerləşdirdikdən sonra - biz kart
vasitəsilə ödəməni həyata keçirmək üçün sizi ödəmə səhifəsinə yönləndiririk. Ödəməniz qəbul olunmursa, siz ödəmə səhifəsində ödəmənin qəbul edilməməsi səbəbləri ilə tanış ola bilərsiz. Bu səhifədə səhv kredit kartı nömrəsi, hesabınızda kifayət qədər vəsait olmaması, son istifadə tarixinin və ya CVC nömrənin səhv olması kimi səhvləri təqdim edə bilərlər.
1.5. Məhsul səhifəsində istədiyiniz məhsullar (varsa) seçin və “Səbətə at” seçiminə basın. Alış-veriş səbətinə baxın və "TƏSDİQLƏ (Confirm)" seçin. Göndərmə səhifəsindəki ünvan bölməsinə ünvanınızı daxil etdikdən sonra isə "Ödə " seçin və klikləyin. Ödəniş qəbul edildikdən sonra sifariş nömrəsi və detalları müştərinin şəxsi kabinetində göstəriləcək.