Qaydalar və şərtlər
TƏSDİQ EDİLİB TARİX- 06.08.2024
Azərbaycanda, Hüquqi Ünvan - “AZERFASHION“ MMC 8 Noyabr prospekti 25E, Xətai rayonu, Ağ şəhər ofis binası, AZ1025, Bakı, Azərbaycan "AZERFASHION" MMC tərəfindən idarə olunan “AZERFASHION Platformasına”( azerfashion.com və ya azerfashion mobil tətbiq) xoş gəlmisiniz. VÖEN 2007803601. Hazırkı Qaydalar və şərtlər istifadəçilərin (bundan sonra – “İstifadəçi/lər”, “Siz”) ““AZERFASHION Platformasına” daxil olmasını və platformadan istifadəsini reqlamentləşdirir. “AZERFASHION Platformasına” daxil olma, istifadə, eləcə də ““AZERFASHION Platformasında təklif olunan məhsulların əldə olunması hazırkı Qaydalar və şərtlərin tərəfinizdən oxunduğu, onların sizə aydın olduğu və qəbul olunduğu ehtimalına əsaslanır. Hər hansı köməyə ehtiyacınız olduqda, “DƏSTƏK” bölməsinə daxil olun. Həmin bölmədə məhsulların əldə olunması, çatdırılması, ödənişlərin geri qaytarılması və ““AZERFASHION Platformasında”” əldə edilmiş məhsulların geri qaytarılması haqqında məlumatlar, həmçinin “AZERFASHION Platformasınada”qeydiyyatdan keçmək üçün forma, müxtəlif məsləhət və tövsiyələr və “AZERFASHION Platformasınada”da göstərilən xidmətlər barədə digər ümumi məlumatlar yerləşdirimişdir. Unutmayın ki, elektron poçt üzərindən hər zaman “AZERFASHION Platformasınasıı ilə əlaqə saxlaya bilərsiniz. Hər hansı digər hüquqi xarakterli məlumat əldə etmək üçün “AZERFASHION Platforması” internet səhifəsinin aşağıdakı bölmələrinə daxil olun: Qaydaları və şərtləri, Məxfilik siyasəti və Geri qaytarılma və dəyişmə şərtləri . Hazırkı Qaydalar və şərtlər "AZERFASHION" MMC tərəfindən edilən istənilən düzəlişlər və ya onların yenilənməsi hazırkı bölmədə dərc edildikdən sonra qüvvəyə minir. Bununla əlaqədar olaraq, hazırkı Qaydalar və şərtlərin son versiyası ilə tanış olmaq üçün bu bölməni vaxtaşırı nəzərdən keçirməyinizi xahiş edirik. Hazırkı Qaydalar və şərtləri ilə tam və ya qismən razılaşmadığınız halda “AZERFASHION Platformasınadan” istifadə etməməyinizi xahiş edirik. İstifadəçilərimiz tərəfindən “AZERFASHION Platformasına” daxil olma və istifadə, o cümlədən internet səhifələrin nəzərdə keçirilməsi, mövcud mallar haqqında məlumatın yüklənməsi və alış-verişin həyata keçirilməsi müstəsna olaraq heç bir şəkildə ticarətlə, bizneslə və ya hər hansı peşə fəaliyyəti ilə əlaqədar olmayan şəxsi məqsədlər üçün həyata keçirilir. Unutmayın ki, siz “AZERFASHION Platformasının” və onun ehtiva etdiyi məlumatların istifadəsinə görə məsuliyyət daşıyırsınız."AZERFASHION" MMC qüvvədə olan qanunvericiliyə və normativ aktlara uyğun hərəkət etməyən istifadəçilər tərəfindən“AZERFASHION Platformasının”və onun ehtiva etdiyi məlumatların istifadə olunmasına görə heç bir məsuliyyət daşımır, bu isə "AZERFASHION" MMC-nin qərəzli hüquq pozuntularına və kobud ehtiyatsızlığa görə məsuliyyəti ilə heç bir ziddiyyət təşkil etmir. Xüsusən də, siz qeyri-düzgün və ya yanlış məlumatların ötürülməsinə görə, üçüncü şəxslərin razılığını almadan onlara aid olan məlumatların ötürülməsinə görə, həmçinin bu cür məlumatların lazım olmayan formada istənilən istifadəsinə görə məsuliyyət daşıyırsınız. Bundan əlavə, bütün materiallar istifadəçi tərəfindən öz riski hesabına seçdiyi metodlarla yükləndiyindən və ya digər qaydada əldə olunduğundan, kompüter sistemlərinə vurulan istənilən zərərə, və ya yükləmə nəticəsində məlumatların itirilməsinə görə məsuliyyət müstəsna olaraq istifadəçinin üzərinə düşür, "AZERFASHION" MMC şirkəti buna görə heç bir məsuliyyət daşımır. "AZERFASHION" MMC şirkəti xidmətlərinin əlçatan olmaması nəticəsində vurulmuş hər hansı zərərə görə, eləcə də viruslar, zədələnmiş fayllar, xətalar, quraşdırmada buraxılan boşluqlar və natamamlıqlar, rabitənin kəsilməsi, məzmunun silinməsi, şəbəkə, kompüterin və ya telefonun İnternet şəbəkəsinə qoşulma provayderləri, məlumatların ötürülməsi ilə bağlı problemlər, icazəsiz daxil olma, məlumatların dəyişdirilməsi, istifadəçinin aparat təminatının və ya hər hansı digər elektron avadanlığın xarab olması və / və ya nasazlığı nəticəsində vurulmuş ziyana görə məsuliyyət daşımır.
İstifadəçi şəxsi məlumatlarının, o cümlədən məhdud əlçatanlığa malik veb-saytlara daxil olmaq üçün istifadəçi adının və parolunun məxfiliyinin qorunub saxlanmasına və lazımi qaydada istifadə olunmasına görə, həmçinin bu cür məlumatın lazımi qaydada istifadə edilməməsi, itirilməsi, məhv edilməsi, silinməsi və ya açıqlanması nəticəsində "AZERFASHION" MMC şirkətinə və ya üçüncü şəxslərə vurula biləcək hər hansı ziyana, zərər və ya itkilərə görə məsuliyyət daşıyır.
1. Məxfilik siyasəti
Alış-veriş etmədən də “azerfashion.com” saytına daxil olan və saytın müvafiq xidmətlərindən istifadə edən istifadəçilərə belə şamil olunan “Məxfilik siyasətimiz”lə tanış olmağı tövsiyə edirik. Məxfilik siyasəti sizin şəxsi məlumatlarınızı hansı qaydada və hansı məqsədlə topladığımızı və emal etdiyimizi anlamaqda sizə yardım edəcək.
1.1. Sizin şəxsi məlumatlarınızın emal edilməsi haqqında məlumat internet səhifəmizin Məxfilik siyasəti bölməsində yerləşdirilmışdir.
1.2. Qaydalar və şərtlərimizlə, Satış şərtlərilə hələ də tanış deyilsinizsə, onlarla tanış olmağı sizdən xahiş edirik.
1.3. Məxfilik siyasəti ilə bağlı daha ətraflı məlumat almaq üçün Müştəri xidmətimiz ilə əlaqə saxlaya bilərsiniz. Bunun üçün +994 10 566 0101 əlaqə telefonuna zəng etməklə və yaxud , [email protected] elektron poçt ünvanına yaxud Satıcının qeydiyyata alınmış ünvana (“AZERFASHION“ MMC 8 Noyabr prospekti 25E, Xətai rayonu, Ağ şəhər ofis binası, AZ1025, Bakı, Azərbaycan "AZERFASHION" MMC VÖEN 2007803601.) sorğu göndərmək lazımdır.
2. Əqli mülkiyyət hüquqları
“AZERFASHION Platformasının”məzmunu, o cümlədən, xüsusilə “AZERFASHION Platformasında” yerləşdirilən əsərlər, təsvirlər, fotoşəkillər, dialoqlar, musiqi, səs kontenti, videomateriallar, sənədlər, rəsmlər, qrafik elementlər, loqotiplər və istənilən digər materiallar, eyni zamanda menyunun, veb-səhifələrin tərtibatı, qrafik elementlər, rənglər, sxemlər, alətlər, şriftlər, veb-saytın dizaynı, diaqramlar, səhifələrin maketləri, emal üsulları, proseslər, “AZERFASHION Platformasının” bir hissəsini təşkil edən funksiya və proqram təminatı, müəllif hüquqları ilə və "AZERFASHION" MMC şirkətinə və müvafiq hüquq sahiblərinə məxsus olan digər əqli mülkiyyət hüquqları ilə müdafiə olunur. "AZERFASHION" MMC şirkətinin qabaqcadan yazılı icazəsi alınmadan“AZERFASHION Platforması”və burada paylaşılanların hər hansı formada tam və ya qismən təkrarlanmasına yol verilmir. "AZERFASHION" MMC şirkəti“AZERFASHION Platformasınım” və burada paylaşılanların birbaşa və ya dolayısı ilə, müvəqqəti və ya müddətsiz, istənilən üsulla və istənilən formada, tam və ya qismən təkrarlanmasına icazə vermək və ya bunu qadağan etmək üçün müstəsna hüquqa malikdir. “AZERFASHION Platformasından” istifadəyə gəldikdə, sizə yalnız onun içərisindəkiləri istifadə etmək üçün icazə verilir. Bu halda siz həmçinin müvəqqəti təkrar etmə üzrə qısamüddətli və ya təsadüfi olan və“AZERFASHION Platformasının”və burada paylaşılanların əks olunmasının ayrılmaz və zəruri hissəsini təşkil edən, və iqtisadi əhəmiyyət kəsb etməyən bütün digər hərəkətləri yerinə yetirmək hüququna maliksiniz. Siz “AZERFASHION Platformasının və burada paylaşılanları heç bir vasitə ilə və heç bir formada, nə tam, nə də qismən təkrarlamaq hüququna malik deyilsiniz. Hər dəfə hər təkrar etmədən əvvəl "AZERFASHION" MMC şirkətindən, və ya, zərurət yarandıqda,“AZERFASHION Platformasında” yerləşdirilən əsərlərin müəlliflərindən qabaqcadan müvafiq icazə alınmalıdır. Bu cür təkrarlama qanuni məqsədlə və "AZERFASHION" MMC şirkətinə və “AZERFASHION Platformasında” yerləşdirilən əsərlərin müəlliflərinə məxsus olan müəllif hüquqlarının və digər əqli mülkiyyət hüquqlarının müdafiə normalarına uyğun olaraq həyata keçirilməlidir. “AZERFASHION Platformasında”yerləşdirilən əsərlərin müəllifləri istənilən vaxt həmin əsərlərə olan hüquqlarını bəyan etmək və əsərlərinin istənilən formada təhrif olunmasına və ya digər şəkildə dəyişdirilməsinə, o cümlədən həmin əsərlərin onların şərəf və ləyaqətinə ziyan vura biləcək istənilən formada korlanmasına qarşı etiraz bildirmək hüququna malikdir. Siz əsərləri “AZERFASHION Platformasında” yerləşdirilmiş müəlliflərin və “AZERFASHION Platformasında” müstəsna və ya qeyri-müstəsna şəkildə paylaşma üçün nəzərdə tutulmuş və həmin platformanın ayrılmaz hissəsi olan yeni ifadə formalarının və ya yeni bədii əsərlərin yaradılmasında“AZERFASHION Platforması”ilə əməkdaşlıq etmiş müəlliflərin, müəllif hüquqlarının qorunmasını təmin etməyi öhdənizə götürürsünüz. Heç bir halda və heç bir üsulla və heç bir formada “AZERFASHION Platformasının”ehtiva etdiyi məlumatları və ya müəllif hüququ ilə və ya digər əqli mülkiyyət hüquqları ilə müdafiə olunan hər hansı ayrıca əsəri istifadə etmək hüququna malik deyilsiniz. Xüsusilə, "AZERFASHION" MMC şirkətindən, və ya, zərurət yarandıqda, “AZERFASHION Platformasında” yerləşdirilən hər bir əsərin müəlliflərindən qabaqcadan müvafiq icazə almadan veb- kontenti və ya müəllif hüququ ilə müdafiə olunan hər hansı əsəri dəyişdirmək və ya modernləşdirmək hüququna malik deyilsiniz.
3. Ticarət nişanları və domen adları
"AZERFASHION" MMC şirkəti “AZERFASHION” və“AZERFASHION Platformasında” loqotiplərinin və qeydiyyata alınmış ticarət nişanlarının, həmçinin “AZERFASHION” sözünü və “azerfashion.com” domen adını ehtiva edən istənilən digər nişanların müstəsna mülkiyyətçisidir.“AZERFASHION Platformasında” satılan və həmin platformada yerləşdirilmiş məhsulların identifikasiyası üçün istifadə olunan bütün digər nişanlar müvafiq sahibləri tərəfindən qeydiyyata alınmış ticarət nişanları olmaqla, müstəsna olaraq “AZERFASHION Platformasında”təklif olunan məhsulların identifikasiyası, təsviri və reklam olunması məqsədi ilə istifadə olunur. "AZERFASHION" MMC şirkəti və qeydiyyata alınmış ticarət nişanlarının bütün digər sahibləri mülkiyyətçisi olduğu ticarət nişanlarından istifadə etmək üçün müstəsna hüquqa malikdir.
Siz “AZERFASHION” şirkətinin və ya saytda yerləşdirilən qeydiyyata alınmış digər ticarət nişanlarının sahiblərinin razılığını almadan həmin ticarət nişanlarını hər hansı malların və ya xidmətlərin identifikasiyası üçün istifadə etmək hüququna malik deyilsiniz. Hazırkı saytda yerləşdirilən və “AZERFASHION Platformasında” təqdim olunan məhsullara aid olan ticarət nişanlarının əksəriyyəti ictimaiyyətə və“AZERFASHION Platformasının ”istifadəçilərinə yaxşı məlum və tanışdır. Bu cür ticarət nişanlarının qeyri-qanuni və ya icazəsiz istifadəsi qadağandır və ciddi hüquqi nəticələrə gətirib çıxara bilər.“AZERFASHION Platformasında” yerləşdirilən bu cür ticarət nişanları və istənilən digər məşhur nişanlar heç bir şəkildə onların məşhurluğu və nüfuzu sayəsində, qazanılmamış üstünlük əldə etmək üçün və ya həmin nişanlara və onların sahiblərinə ziyan vurmaq məqsədi ilə istifadə oluna bilməz.
4. Digər internet səhifələrinə keçidlər
“AZERFASHION Platformasında” onunla heç bir şəkildə əlaqəli olmayan digər saytlara hiperkeçidlər (“keçidlər”) ehtiva edir. “AZERFASHION” şirkəti həmin veb-saytların nə əməliyyatlarını, nə də onların kontentini izləmir və onlara nəzarət etmir. “AZERFASHION” şirkəti həmin veb-saytlarda yerləşdirilənlərə görə və həmin veb-saytlara daxil olarkən, sizin şəxsi məlumatlarınızın məxfiliyi və emalı barəsində onlar tərəfindən qəbul edilmiş qaydalara görə məsuliyyət daşımır. Bu səbəbdən sizdən“AZERFASHION Platformasında” yerləşdirilən keçidlər üzrə digər veb-saytlara daxil olarkən ehtiyatlı olmağı və onların istifadə şərtləri və məxfilik siyasəti ilə diqqətlə tanış olmağı xahiş edirik. Xatırladırıq ki, hazırkı Qaydalar və şərtlərvə məxfilik siyasəti üçüncü tərəflərin veb-saytlarına şamil olunmur.
“AZERFASHION Platforması ”digər veb-saytlara olan keçidləri bilavasitə öz istifadəçilərinə axtarış və naviqasiya məsələlərində kömək etmək və İnternet şəbəkəsinin digər saytlarına keçidi asanlaşdırmaq məqsədi ilə yerləşdirir. Başqa veb-saytlara keçidlərin yerləşdirilməsi “AZERFASHION” şirkətinin öz istifadəçilərinə həmin saytlara daxil olmağı və onlardan istifadə etməyi tövsiyə etdiyi anlamına gəlmir və həmin veb-saytlarda yerləşdirilənlərin, İnternet şəbəkəsinin istifadəçilərinə təqdim olunan və satılan xidmətlərin və malların zəmanətçisi rolunu oynamır.
5. “azerfashion.com” saytında keçidlər
“azerfashion.com” saytının ana səhifəsində və ya veb-saytın digər ümumi əlçatan səhifələrində keçid yerləşdirmək istədikdə [email protected] elektron poçt ünvanına sorğu göndərməklə “AZERFASHION” şirkəti ilə əlaqə saxlaya bilərsiniz. “azerfashion.com” saytında keçid yerləşdirmək üçün bizdən razılıq almağınız vacibdir. “AZERFASHION” şirkəti keçidlərin ödənişsiz və qeyri-müstəsna əsaslarla yerləşdirilməsinə icazə verir. “azerfashion.com” saytında keçid yerləşdirmək niyyətində olan müraciətçi əvvəllər biznesin aparılmasında qeyri-sağlam metodlara və ya sahələr üzrə standartlara uyğun olmayan metodlara əl atmış olduğu, və ya “AZERFASHION” şirkətinə və onun təchizatçılarına qarşı qeyri sağlam rəqabətdə iştirak etdiyi halda, həmçinin “AZERFASHION” şirkəti müraciətçi tərəfindən gələcəkdə də bu cür metodlardan istifadə ediləcəyindən ehtiyat etdiyi halda, habelə müraciətçi əvvəllər “AZERFASHION” şirkəti və “azerfashion.com” saytını nüfuzdan salmaq məqsədilə tədbirlər gördüyü halda, yaxud “AZERFASHION”irkəti müraciətçi tərəfindən gələcəkdə də bu cür tədbirlərin görüləcəyindən ehtiyat etdiyi halda “AZERFASHION” şirkəti öz veb-saytında müəyyən keçidlərin istifadə olunmasını qadağan etmək hüququna malikdir. İstənilən halda “AZERFASHION” şirkətindən yazılı razılıq almadan “AZERFASHION Platformasında”dərin keçidlər (məsələn, dərin freymlər) yerləşdirmək və ya icazə verilməyən meta-teqlərdən istifadə
etmək qadağandır.
6. Məzmuna görə məsuliyyətin məhdudlaşdırılması
“AZERFASHION” şirkəti öz internet səhifələrində fiziki və ya psixoloji zorakılıq hallarının təsvir və ya təqdim olunduğu məzmunların və ya“AZERFASHION Platformasında” istifadəçilərinin qavrayışına əsasən istənilən forma və üsullarla ifadə olunmaqla mülki prinsipləri və ya insanın hüquq və ləyaqətini pozan məlumat kimi nəzərdən keçirilə bilən məlumatların yerləşdirilməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görmüşdür. İstənilən halda “AZERFASHION” şirkəti saytlarda yerləşdirilənlərin Azərbaycanın hüdudlarından kənarda, digər ölkələrdə yol verilən və ya qanuni hesab olunacağına dair zəmanət vermir. Saytda yerləşdirilən məlumat sizin ölkənizdə hüquqazidd və ya qeyri- qanuni hesab olunursa, o zaman bizim internet səhifələrimizə daxil olmayın .
Buna baxmayaraq saytlara daxil olduğunuz halda bildiririk ki, “AZERFASHION” şirkəti tərəfindən təklif olunan xidmətlərdən istifadə etməyiniz birbaşa sizin məsuliyyətinizə aiddir. Həmçinin, “AZERFASHION” şirkəti “AZERFASHION Platformasında” yerləşdirilən məlumatın dəqiq və etibarlı olması və ya yerləşdirildiyi an üçün artıq köhnəlmiş olan məlumatları ehtiva etməməsi üçün tədbirlər görmüşdür. Lakin qərəzli hüquq pozuntularına və kobud ehtiyatsızlığa görə və qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş digər hallara görə məsuliyyət istisna olmaqla, “AZERFASHION” şirkəti“AZERFASHION Platformasında”saytında yerləşdirilən informasiyanın dəqiqliyinə və tamlığına görə məsuliyyət daşımır. Bundan başqa, “AZERFASHION” şirkəti “AZERFASHION Platformasının” İnternet şəbəkəsinə qoşulmaqla əlaqədar olaraq fasiləsiz, xətasız və ya gecikməsiz işləməsinə zəmanət verə bilməz. Bizim internet səhifələrimizin istifadəsi ilə bağlı hər hansı problem yarandığı halda Müştəri xidmətimizlə əlaqə saxlayın. Şirkətimizin nümayəndəsi saytlarımıza girişi bərpa etməklə bağlı sizə mümkün olan hər cür köməklik göstərəcək. Qoşulduğunuz İnternet-provayderə müraciət edin və ya İnternet şəbəkəsinə qoşulmaq və veb-məzmuna daxil olmaq üçün bütün qurğuların, o cümlədən sizin internet brauzerinizin düzgün işlədiyindən əmin olun.“AZERFASHION” şirkəti tərəfindən internet səhifələrinə daxil olmanın fasiləsiz təminatı üçün bütün mümkün səylərin göstərilməsinə baxmayaraq, İnternet şəbəkəsinin və veb-məzmunun dinamik xarakterinə görə “azerfashion.com” saytının işində saytın yenilənməsi üçün tələb olunan fasilələr və ya dayanmalar baş verə bilər. “AZERFASHION” şirkəti məlumat bazasına icazəsiz daxil olma və istifadənin qarşısını almaq, sayt istifadəçiləri haqqında məxfi və ya qeyri-məxfi məlumatların yayılması, məhv edilməsi və ya itirilməsi riskinin və ya bu məlumatlara hüquqazidd və ya icazəsiz şəkildə girişin qarşısını almaq məqsədi ilə öz internet səhifələrinin mühafizəsi, şəbəkə trafikinin və elektron məlumatların qorunub saxlanılması üçün texniki və təşkilati təhlükəsizlik tədbirlərini görmüşdür.
7. Mübahisəli məsələlərin həllini tənzimləyən qanunvericilik
Hazırkı Qaydalar və şərtləri tənzimləyən qanunvericilik Elektron ticarət haqqında Azərbaycan Respublikası qanunu hesab olunur.
“AZERFASHION” şirkəti ilə alıcı (sifarişçi) arasında hazırkı Qaydaları və şərtləri ilə əlaqədar mübahisəli məsələnin sülh yolu ilə həllinə nail olmaq mümkün olmadığı halda tətbiq olunan qanunvericiliyə uyğun olaraq məhkəmə qismində alıcı (sifarişçi) yaşadığı və ya qeydiyyatda olduğu yer üzrə yerləşən məhkəmə, və ya sizin birbaşa ifadə olunmuş sorğunuza əsasən Azərbaycan, Bakı şəhərində yerləşən məhkəmə çıxış edəcək.
8. Satış şərtləri
8.1. Bizim biznes siyasətimiz
8.1.1. Satıcı “azerfashion.com” internet səhifəsində məhsulların satışını təqdim edir; Satıcı tərəfindən təklif olunan elektron kommersiya
xidmətləri müstəsna olaraq yetkinlik yaşına çatmış son istifadəçilər, yəni “alıcı (sifarişçi)” üçün nəzərdə tutulub.
8.1.2. Ticarətə, biznesə və ya peşə fəaliyyətinə aid olmayan şəxsi məqsədlər üçün hərəkət edən istənilən fiziki şəxs “alıcı (sifarişçi)” hesab
olunur. alıcı (sifarişçi) olmadığınız təqdirdə “azerfashion.com” səhifəsindən məhsulların almamağı sizdən xahiş edirik.
8.1.3. Satıcı İstehlakçı olmayan istifadəçilərdən aldığı alış sifarişlərini (“Sifarişlər”), eləcə də Satıcının biznes aparma siyasətinə uyğun olmayan istənilən digər sifarişləri, xüsusən də dələduzluq və ya digər qanunsuz fəaliyyətlə məşğul olan yaxud məşğul olmaqda şübhəli bilinən şəxslərin sifarişlərini qəbul etməmək hüququnu özündə saxlayır. Belə hallarda Satıcı stifadəçinin Sifarişinin ləğv olunduğu barədə sonuncuya məlumat verir. Bundan başqa, Satıcıya göndərilən alış sifarişləri və istifadəçilər tərəfindən məhsulların geri qaytarılması alıcı (sifarişçi) normal tələbatına uyğun olmalıdır. Satıcı alış sifarişlərinin miqdarına və alınan məhsulların geri qaytarılma sayına nəzarəti həyata keçirir.
8.1.4. Hazırkı qaydalar və satış şərtləri alıcı (sifarişçi) tərəfindən Sifarişlərin göndərilməsini, habelə “azerfashion.com” saytında təklif olunan məhsullara aid sifarişlərin Satıcı tərəfindən qəbul olunub, yerinə yetirilməsini reqlamentləşdirir.
8.1.5. Satış şərtləri “azerfashion.com” saytında yerləşdirilən keçidlərdə, bannerlərdə və ya digər hipermətn keçidlərində adı çəkilən üçüncü tərəflərin xidmətlərini və məhsul satışını reqlamentləşdirmir. Üçüncü tərəflərə sifariş verməzdən və ya məhsul almazdan əvvəl onların satış şərtləri ilə tanış olmağınızı tövsiyə edirik. Satıcı heç bir halda üçüncü tərəflərin göstərdiyi xidmətə və ya İstifadəçilərlə üçüncü tərəflər arasında bağlanan elektron kommersiya əqdlərinin yerinə yetirilməsinə görə məsuliyyət daşımır.
8.1.6. Sifarişi göndərməklə siz Satıcının sizinlə bağlanan alqı-satqı müqaviləsini (“Müqavilə”) yerinə yetirmək məqsədi ilə bir və ya bir neçə
üçüncü şəxsə (məsələn, kuryer və ya poçt xidmətinə) müraciət etmək hüququna malik olduğunu qəbul edirsiniz.
8.2. AZERFASHION Platformasında alış müqavilənin bağlanması və yerinə yetirilməsi
8.2.1. Siz “azerfashion.com” saytında təklif olunan bir və ya bir neçə məhsulu almaq məqsədi ilə onlayn hesab yaratmalı və şəxsi kabinetdə nəzarət etməklə, qaydalar və şərtləri qəbul edərək razılaşdığınız halda, onlayn etibarlı müqavilə yaratmış olursuz.
8.2.2. Sifarişin alındığının təsdiq edildiyi səhifədə biz sizə aşağıdakı məlumatları təqdim edəcəyik: (i) Sifarişdə qeyd olunmuş hər bir məhsulun əsas xarakteristikalarının qısa xülasəsi; (ii) sifariş edilmiş hər bir məhsulun bir ədədinin qiyməti; (iii) göndərmənin / çatdırmanın dəyəri (o cümlədən, sizin tərəfinizdən daha sürətli çatdırılma və ya standart variantdan fərqli digər variant seçildiyi halda istənilən əlavəyığımlar).
8.2.3. Sizin sifarişiniz məhsulların əldə edilməsi üçün geri çağırılmayan təklifdir. Sifarişin formasını göndərməzdən əvvəl daxil edilmiş
məlumatların düzgünlüyünü yoxlamaq və mümkün səhvləri düzəltmək xahiş olunur.
8.2.4. Sifarişiniz Satıcı tərəfindən qəbul olunandan sonra Müqavilə bağlanmış hesab olunur. Siz sifarişin qəbul olunmasının və məhsulun
göndərilməsinin təsdiqi haqqında Satıcıdan elektron məktub alacaqsınız.
8.2.5. Satıcıya göndərilmiş Sifariş onun emalı üçün tələb olunan, həmçinin qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş müddət
ərzində Satıcının məlumat bazasında saxlanılacaq. Siz qabaqcadan saytda qeydiyyatdan keçməklə “sifarişilərim” bölməsində Sifarişinizi görə bilərsiniz.
8.2.6. Satıcı ödəniş qabiliyyətinin olmasına kifayət qədər zəmanətin verilmədiyi Sifarişləri, tam və ya düzgün olmayan Sifarişləri, həmçinin
satışdan çıxarılmış məhsullar üçün verilmiş Sifarişləri qəbul etməmək hüququna malikdir.
Bu halda siz müvafiq səbəblər göstərilməklə, Müqavilənin bağlanmış hesab olunmadığı və Sifarişinizin Satıcı tərəfindən qəbul olunmadığı
haqqında məlumatın qeyd olunduğu elektron məktub alacaqsınız. “azerfashion.com” saytında yerləşdirilən məhsullar Sifarişinizin alındığı
və ya yerinə yetirildiyi anda artıq satışda olmadığı halda Satıcı əldə etmək istədiyiniz məhsulun mövcud olmadığı barədə ən qısa müddətdə, istənilən halda Sifarişinizi aldığı gündən ən gec otuz (30) gün ərzində sizə məlumat verməklə, məhsulları Sifarişdən çıxarmaq / Sifarişi ləğv etmək hüququna malikdir. Məhsullara görə artıq ödəniş etdiyiniz təqdirdə Satıcı ödənilmiş məbləği tam həcmdə və əsassız gecikmə olmadan sizə geri qaytaracaq və Müqaviləyə xitam veriləcək. Satıcı qaydalarda göstərilən hallarda Sifarişləri qəbul etməmək hüququnu özündə saxlayır.
8.2.7. Sifarişi göndərməklə siz Satıcı ilə bağlanan Müqaviləni yerinə yetirərkən hazırkı satış şərtlərinə riayət etməyi qeyd-şərtsiz qəbul edir və öhdənizə götürürsünüz. Hazırkı satış şərtlərinin hər hansı müddəası ilə razı olmadığınız halda “azerfashion.com” saytından məhsul almaq üçün Sifariş göndərməməyi sizdən xahiş edirik.
8.2.8 Sifarişi göndərməklə siz hazırkı satış şərtləri ilə, həmçinin “azerfashion.com” saytında yerləşdirilən digər şərtlərlə, o cümlədən, keçidlər, bannerlər və ya digər hipermətn birləşmələri üzərindən əlçatan olan şərtlər ilə razılaşır və onları qəbul edir, bundan əlavə, siz Qaydalar və şərtləri , Məxfilik siyasətini və Geri qaytarma siyasətini qəbul edirsiniz.
8.3. Zəmanət və məhsulun qiymətinin göstərilməsi
8.3.1. Biz “azerfashion.com” internet səhifəsində yalnız yüksək keyfiyyətli məhsulların satışını həyata keçiririk. Satıcı həmin məhsulları tətbiq olunan keyfiyyətə nəzarət prosedurlarının ciddiliyi əsasında diqqətlə seçilmiş birbaşa istehsalçılardan və distribütorlardan əldə edir.
8.3.2. Satıcı istifadə olunmuş, qüsurlu məhsulların və ya keyfiyyət baxımından müəyyən olunmuş bazar standartlarına cavab verməyən məhsulların satışı ilə məşğul olmur.
8.3.3. Təklif olunan məhsulların əsas xarakteristikaları “azerfashion.com” saytının müvafiq səhifələrində əks olunur. “azerfashion.com” saytında təklif olunan məhsulların verilmiş rəngləri modellərin həqiqi rənglərinə tam uyğun olmaya bilər. Belə ki, rəngin əks etdirilməsi istifadə olunan internet-brauzerin parametrləri və monitorun xarakteristikalarından asılıdır.
8.3.4. Qiymət dəyişə bilər. Sifarişi göndərməzdən əvvəl məhsulun son qiymətini yoxlayın. Məhsulun qiymətinin göstərilməsində təyin edilə bilən yanlışlıq olduqda, və ya məhsulun ödənişi zamanı məbləğin hesablanmasında Satıcı tərəfindən törədilmiş və qarşısıalınmaz qüvvə hallarının təsiri və ya digər gözlənilməz səbəblər, xüsusən də texniki nasazlıqlar nəticəsində baş vermiş yanlışlıq olduqda, AZERFASHION sifarişi qəbul etməyəcək və məhsul(lar)ı düzgün qiymətlə əldə etməyi təklif etmək üçün alıcı (sifarişçi) ilə əlaqə saxlayacaq.
8.3.5. Əldə olunan bütün məhsulların üzərində yarlıq var.
8.4. Ödəniş məlumatları
8.4.1. Alınan məhsulların və onların çatdırılmasının dəyərinin ödənilməsi Sifariş formasında göstərilən ödəmə üsulu ilə həyata keçirilməlidir.
8.4.2. Ödəmə kredit / debet kartı ( VISA və MasterCard, Maestro ) ilə yerinə yetirildikdə siz müvafiq bankın ödəniş üçün nəzərdə tutulmuş səhifəsinə
keçid alacaqsız.
8.4.3. Azərbaycan və ya xarici banklar tərəfindən istifadəyə verilmiş Visa, Mastercard, Maestro ödəmə kartları ilə platformada ödənişlər keçirmək
mümkündür.
8.4.4. AZERFASHION onlayn alış-verişin təhlükəsizliyinə xüsusi diqqət yetirir. Bütün əməliyyatlar təhlükəsiz ödəniş sistemləri vasitəsilə həyata keçirilir.
Məxfi ödəniş məlumatları şifrəli formada (SSL) icra edilir. Kart məlumatları serverimizdə saxlanılmır. Sifarişinizi yerləşdirdikdən sonra - biz kart
vasitəsilə ödəməni həyata keçirmək üçün sizi ödəmə səhifəsinə yönləndiririk. Ödəməniz qəbul olunmursa, siz ödəmə səhifəsində ödəmənin qəbul edilməməsi səbəbləri ilə tanış ola bilərsiz. Bu səhifədə səhv kredit kartı nömrəsi, hesabınızda kifayət qədər vəsait olmaması, son istifadə tarixinin və ya CVC nömrənin səhv olması kimi səhvləri təqdim edə bilərlər.
8.4.5. Məhsul səhifəsində istədiyiniz məhsullar (varsa) seçin və “Səbətə at” seçiminə basın. Alış-veriş səbətinə baxın və "TƏSDİQLƏ (Confirm)" seçin. Göndərmə səhifəsindəki ünvan bölməsinə ünvanınızı daxil etdikdən sonra isə "Ödə " seçin və klikləyin. Ödəniş qəbul edildikdən sonra sifariş nömrəsi və detalları müştərinin şəxsi kabinetində göstəriləcək.
8.5. Hədiyyə kartları və isitfadə qaydası
- Alış-veriş zamanı hədiyyə kartı yalnız 1 dəfə 1 sifariş olmaqla istifadə oluna bilər.
- Kart balansındakı məbləğ pula konvertasiya oluna bilməz.
- Hədiyyə kartının qüvvədə olma müddəti alış-veriş tarixindən etibarən 3 ay təşkil edir.
- Sahibi tərəfindən itirilmiş hədiyyə kartları bərpa olunmur.
- Hədiyyə kartları yalnız AZERFASHION şəbəkəsində etibarlıdır və yalnız AZERFASHION.com platformasında sifariş verərkən istifadə edilə bilər.
9. Çatdırılma
9.1.1. Məhsulların çatdırılması kuryer xidmətimiz vasitəsilə həyata keçirilir. Çatdırılma müddəti 2-10 iş günü təşkil edir.
9.1.2. Sifarişlər üçün çatdırılma Bakı şəhər mərkəz ərazisində 6 AZN,Regionlara isə 15 AZN, təşkil edir.
9.1.3. Sifariş göndərildikdən sonra sifarişin aktual statusu haqqında şəxsi kabinetdə məlumat veriləcək.
9.1.4. Kuryerin 10 dəqiqəyə qədər gözləməsi ödənişsizdir. Hər əlavə 10 dəqiqəyə görə 5 AZN ödənilməlidir.
9.1.5. Kuryer 2(iki) dəfədən artıq Müştəri ilə əlaqə qura bilmədikdə məhsul satın alınmamış sayılır.
10. Geri qaytarılma və dəyişmə şərtləri
10.1. Sifariş verdiyiniz andan etibarən məhsul kuryerə çatdırlma üçün təhvil verilənədək, onlayn qaydada şəxsi kabinetdə Sifarişi ləğv et düyməsinə klikləyərək ləğv edə bilərsiz.
10.2. Sifarişi əldə etdikdən sonra 14 gün ərzində məhsulu müəyyən bir formanı dolduraraq geri qaytarmaq imkanınız olacaq. Zəhmət olmasa, telefon və ya elektron poçt vasitəsi ilə məhsulların geri qaytarılması barədə bizə məlumatı təqdim edin. Bazar ertəsi - bazar günləri saat 10:00-dan 18:00-a qədər saytımız da qeyd olunan əlaqə nömrə +994 10 566 01 01 və ya [email protected] elektron ünvanı vasitəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
10.3. Sizin qaytarılma hüququndan istifadəniz təqsdiqləndikdən sonra aşağıdakı bölmələrdə təsbit edilən qaydalara müvafiq olaraq, qaytarılan və dəyişilməli məhsullar qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadığı halda, məhsulları aldığınız gündən 14 gün ərzində kuryer xidmətinə təhvil verilməlidir.
Qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş hallarda, məsələn, fərdi məhsullar və ya sifarişlə hazırlanmış məhsullar aldıqda, və ya möhürlənmiş qablaşdırmada olan məhsulları əldə etdikdən sonra həmin qablaşdırmanın möhürü açıldıqda, və ya gigiyena qaydalarına uyğun olaraq geri qaytarılması mümkün olmayan məhsulları aldıqda siz qaytarılma hüququna malik deyilsiniz.
10.4. Qaytarılma hüququnun tətbiq olunması üçün şərtlər-
Aşağıdakı şərtlərə riayət edildikdə qaytarılma hüququndan düzgün istifadə edilmiş hesab olunur:
(a) tətbiq olunan qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadığı halda, “azerfashion.com” saytından “AZERFASHION Platformasından” əldə edilmiş məhsullar alındığı gündən
14 gün ərzində qaytarılma hüququndan düzgün istifadə edildikdə;
(b) məhsullar istifadə olunmamış, geyilməmiş və ya yuyulmamış vəziyyətdə olduqda;
(c) məhsulların yarlığı üzərində saxlanıldıqda (onlar məhsulun ayrılmaz hissəsi hesab olunur);
(d) məhsullar öz orijinal qablaşdırmasında geri qaytarıldıqda;
(e) məhsullar alındığı gündən 7(yeddi) iş günüərzində kuryer poçtuna ötürüldükdə;
(f) məhsullar zədəli olmadıqda.
Bütün zəruri şərtlərə riayət olunduqda, Satıcı tətbiq olunan qanunvericiliyə uyğun olaraq, məhsullar üçün ödənmiş bütün məbləği Alıcıya geri qaytarır.
Sizin üzərinizə düşən yeganə xərc məhsulu Satıcıya geri qaytarmaq üçün tələb olunan xərclər olacaq(məsələn taşınma və s).
10.5. Məhsulların Satıcıya geri qaytarılma proseduru
Siz aldığınız məhsulu öz seçiminizə əsasən kuryer poçtu vasitəsi ilə Satıcıya geri qaytara bilərsiniz, bu zaman geri qaytarılan məhsulun çatdırılma haqqı Alıcı tərəfindən ödəniləcək.
10.6. Geri qaytarılmış məhsulların tətbiq olunan tələblərə uyğunluğunun yoxlanılması
Geri qaytarmaq istədiyiniz məhsullar yuxarıda göstərilən tələblərə uyğun olmadığı üçün qəbul edilmədiyi halda, siz bu barədə müvafiq
bildiriş alacaqsınız. Geri qaytarmaq istədiyiniz məhsul 4-cü bölmənin a), b), c), d), e) və f) bəndlərinin şərtlərinə cavab vermədiyi halda
məhsulu alarkən ödədiyiniz məbləği geri almaq hüququndan məhrum edilirsiniz. Geri qaytarmaq istədiyiniz məhsul qəbul edilmədiyi halda
Satıcı elektron məktubla bu barədə sizə məlumat verəcək. Həmin elektron məktubu aldığınız andan 14 gün ərzində siz məhsulların Satıcıya geri qaytarılarkən olduğu vəziyyətdə sizin hesabınıza sizə geri qaytarılması barədə sorğu elektron poçt göndərə bilərsiniz; siz bu barədə sizə bildiriləcək şərtlərə uyğun olaraq Satıcıya məlumat verməlisiniz. Əks halda, yəni siz məhsulların Satıcıya geri qaytarılarkən olduğu vəziyyətdə sizə geri qaytarılması barədə sorğu göndərmədiyiniz və çatdırılma xərclərini qabaqcadan ödəmədiyiniz təqdirdə, və ya qeyd olunan məhsulları götürmədiyiniz halda bu fəaliyyətsizliyiniz məhsullara dair mülkiyyət hüququndan imtina etmək kimi dəyərləndiriləcək və Satıcıya onların üzərində öz mülahizəsinə görə sərəncam vermək hüququ verəcək.
10.7. Dəyərin geri qaytarılma müddəti və proseduru
Qaytarılmış məhsulların bütün tələblərə uyğunluğu Satıcı tərəfindən yoxlanıldıqdan sonra Sizə məhsulların qəbul edilməsi və ödənilmiş məbləğin tam şəkildə geri qaytarılması haqqında elektron təsdiq məktubu göndəriləcək. Ödənişin geri qaytarılması proseduru yuxarıda qeyd olunmuş şərtlərə riayət edilib-edilmədiyi yoxlanıldıqdan sonra həyata keçiriləcək.
Digər ödəniş üsulundan istifadə etmək barədə Satıcı ilə dəqiq razılığa gəldiyiniz hallar istisna olmaqla, Satıcı ödənişin geri qaytarılmasını məhsulları əldə edərkən sizin istifadə etdiyiniz ödəmə metodu ilə eyni metoddan istifadə etməklə həyata keçirir. Bir şərtlə ki, ödəniş geri qaytarılarkən sizin üzərinizə əlavə xərclər düşməmiş olsun. Sifarişə daxil olan məhsulları alan şəxslə həmin məhsulların dəyərini ödəyən şəxs fərqli adamlar olarsa, və Müqaviləyə xitam vermə hüququndan istifadə edilərsə, ödəniş Sifarişi ödəyən şəxsə geri qaytarılacaq. Kredit / debet kartı: məbləğin geri qaytarılma müddəti kartın emitent bankından asılı olaraq dəyişə bilər.
10.8. Zədələnmiş, qüsurlu məhsulları və ya Sifarişə uyğun olmayan məhsulların geri qaytarılması
Məhsulu Satıcının səhvi və ya məhsulun zədəli və ya qüsurlu olması səbəbindən geri qaytarırsınızsa, bu halda məhsulun çatdırıldığı tarixdən 14 gün ərzində Satıcını elektron qaytarış forması vasitəsilə məlumatlandırmalısınız.
Zədələnmiş, qüsurlu məhsulları və ya Sifarişə uyğun olmayan məhsulları aldığınız vəziyyətdə geri qaytarmalısınız. Bu bölmə üçün məhsulların geri
qaytarılma şərtlərini ehtiva edən 10.4-cü bölmənin a), b), c), d), е) və f) bəndləri və 10.5 bölmənin müddəaları tətbiq olunur.
Satıcı zədələnmiş, qüsurlu və ya Sifarişə uyğun olmayan məhsullar kimi geri qaytarılmış bütün məhsulları 10.6-ci bölmədə təsbit olunan prosedurlara
əsasən yoxlayır. Satıcı məhsulların həqiqətən də zədələnmiş, qüsurlu və ya Sifarişə uyğun olmadığını müəyyən etdikdən sonra çatdırılma xərcləri də
daxil olmaqla bütün ödənişi Sizə qaytaracaq (10.6-cı bölmədə göstərilən prosedura müvafiq olaraq) və qısa müddətdə Sizə müvafiq elektron məktub
göndərəcək.
Əgər Satıcı geri qaytarılmış məhsulların zədələnməsi vəya qüsurları üçün cavabdeh hesab oluna bilməzsə, o məhsulu qəbul etmədiyi haqda Sizə
məlumat verəcək; bu halda siz məhsulların Satıcıya geri qaytarılarkən olduğu vəziyyətdə sizin hesabınıza sizə geri qaytarılması barədə sorğu
göndərə bilərsiniz; siz bu barədə sizə bildiriləcək şərtlərə uyğun olaraq Satıcıya məlumat verməlisiniz. Əks halda, yəni siz məhsulların Satıcıya geri
qaytarılarkən olduğu vəziyyətdə sizə geri qaytarılması barədə sorğu göndərmədiyiniz və çatdırma xərclərini qabaqcadan ödəmədiyiniz təqdirdə, və ya qeyd olunan məhsulları götürmədiyiniz halda bu fəaliyyətsizliyiniz məhsullara dair mülkiyyət hüququndan imtina etmək kimi dəyərləndiriləcək və Satıcıya onların üzərində öz mülahizəsinə görə sərəncam vermək hüququ verəcək.
10.9. İdentifikasiya yarlığı
Xatırladırıq ki, Satıcı tərəfindən təklif olunan bütün məhsullar identifikasiya yarlığı ilə təchiz edilmişdir və bu yarlıqlar məhsulun ayrılmaz hissəsidir.
Məhsulları yoxlayarkən yarlığı qoparmamağınızı xahiş edirik. Yarlıqsız qaytarılmış məhsullar Satıcı tərəfindən qəbul edilməyəcək.
10.10. Tətbiq olunan qanunlar
Geri qaytarma siyasəti “Qaydalar və şərtlər” ayrılmaz tərkib hissəsidir və Elektron Ticarət haqqında AZƏRBAYCAN RESPUBLİKASI QANUNU ilə tənzimlənilir.
Sifarişi əldə etdikdən sonra 14 gün ərzində məhsulu müəyyən bir formanı dolduraraq geri qaytarmaq imkanınız olacaq. Zəhmət olmasa, qeydiyyatdan keçdiyiniz telefon və ya elektron poçt vasitəsi ilə məhsulların geri qaytarılması barədə bizə məlumatı təqdim edin. Geri qaytarılacaq məhsul orijinal vəziyyətdə, yəni zərərsiz və yad qoxusuz olmalıdır. Etiketlər və taglar məhsulun üzərində qalmalıdı. Məhsulda istifadə izləri olmamalıdır. Ayrıca, sifarişə əsasən təyin olunmuş satış qəbzi məhsul ilə bərabər təqdim olunmalıdı. Əks təqdirdə, məhsul geri qaytarılmır və ya dəyişdirilmir.
Qaytarılma müvəffəqiyyətlə bitsə, mağaza işçisi sizə məhsulun geri alınmasını təsdiq edən qəbz təqdim edəcək.
Unutmayın ki, ENDİRİM zamanı əldə olunmuş məhsullar geri qaytarıla bilməz.
Məhsulu Satıcının səhvi və ya Sifarişinizə uyğun olmadığı səbəbindən geri qaytarırsınızsa, bu halda məhsulun çatdırıldığı tarixdən 14 gün ərzində Satıcını elektron poçt vasitəsilə məlumatlandırmalısınız. Zədələnmiş, Sifarişə uyğun olmayan məhsulları aldığınız vəziyyətdə geri qaytarmalısınız.
Geri qaytarılmayan əşyaların siyahısı:
• Qızıl və ya qızıldan hazır olunmuş məhsullar
• Qiymətli və yarı-qiymətli metallardan, daşlardan hazırlanmış məhsullar
• Parça məhsulları (lentlər, haşiyələr)
• Parfümeriya və kosmetika məhsulları
• Kişilər, qadınlar və uşaqlar üçün çimərlik geyimləri
• Alt paltarları
• Məişət əşyaları
• Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.)
• Uşaq oyuncaqları
• Kişilər, qadınlar və uşaqlar üçün corablar
• Yemək üçün plastik qablar
11 . Düzəlişlər və yeniləmələr
Tətbiq olunan qanunvericilikdə baş verən dəyişikliklərlə əlaqədar hazırkı Ümumi qaydalara və satış şərtlərinə vaxtaşırı dəyişiklik edilə
bilər. Ümumi qaydalara və satış şərtlərinə edilən dəyişikliklər “AZERFASHION Platformasında dərc edildiyi tarixdən qüvvəyə minir.