Çatdırılma
1.1. Məhsulların çatdırılması kuryer xidmətimiz vasitəsilə həyata keçirilir. Çatdırılma müddəti 2-10 iş günü təşkil edir.
1.2. Sifarişlər üçün çatdırılma Bakı şəhər mərkəz ərazisində 6 AZN,
Regionlara isə 15 AZN, təşkil edir.
1.3. Sifariş göndərildikdən sonra sifarişin aktual statusu haqqında şəxsi kabinetdə məlumat veriləcək.
1.4. Kuryerin 10 dəqiqəyə qədər gözləməsi ödənişsizdir. Hər əlavə 10 dəqiqəyə görə 5 AZN ödənilməlidir.
1.5. Kuryer 2(iki) dəfədən artıq Müştəri ilə əlaqə qura bilmədikdə məhsul satın alınmamış sayılır.
Geri qaytarılma və dəyişmə şərtləri
1. Sifariş verdiyiniz andan etibarən məhsul kuryerə çatdırlma üçün təhvil verilənədək, onlayn qaydada şəxsi kabinetdə Sifarişi ləğv et düyməsinə klikləyərək ləğv edə bilərsiz.
2. Sifarişi əldə etdikdən sonra 14 (on dörd) günü ərzində məhsulu müəyyən bir formanı dolduraraq geri qaytarmaq imkanınız olacaq. Zəhmət olmasa, telefon və ya elektron poçt vasitəsi ilə məhsulların geri qaytarılması barədə bizə məlumatı təqdim edin. Bazar ertəsi - bazar günləri saat 10:00-dan 18:00-a qədər saytımız da qeyd olunan əlaqə nömrə +994 10 566 01 01 və ya [email protected] elektron ünvanı vasitəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz
3. Sizin qaytarılma hüququndan istifadəniz təqsdiqləndikdən sonra aşağıdakı bölmələrdə təsbit edilən qaydalara müvafiq olaraq, qaytarılan və dəyişilməli məhsullar
qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadığı halda, məhsulları aldığınız gündən 14 (on dörd) gün ərzində kuryer xidmətinə təhvil verilməlidir.
Qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş hallarda, məsələn, fərdi məhsullar və ya sifarişlə hazırlanmış məhsullar aldıqda, və ya möhürlənmiş qablaşdırmada olan məhsulları əldə etdikdən sonra həmin qablaşdırmanın möhürü açıldıqda, və ya gigiyena qaydalarına uyğun olaraq geri qaytarılması mümkün olmayan məhsulları aldıqda siz qaytarılma hüququna malik deyilsiniz.
4. Qaytarılma hüququnun tətbiq olunması üçün şərtlər-
Aşağıdakı şərtlərə riayət edildikdə qaytarılma hüququndan düzgün istifadə edilmiş hesab olunur:
(a) tətbiq olunan qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadığı halda, “azerfashion.com” saytından əldə edilmiş məhsullar alındığı gündən
14 (on dörd) gün ərzində qaytarılma hüququndan düzgün istifadə edildikdə;
(b) məhsullar istifadə olunmamış, geyilməmiş və ya yuyulmamış vəziyyətdə olduqda;
(c) məhsulların yarlığı üzərində saxlanıldıqda (onlar məhsulun ayrılmaz hissəsi hesab olunur);
(d) məhsullar öz orijinal qablaşdırmasında geri qaytarıldıqda;
(e) məhsullar alındığı gündən 14 (on dörd) gün ərzində kuryer poçtuna ötürüldükdə;
(f) məhsullar zədəli olmadıqda.
Bütün zəruri şərtlərə riayət olunduqda, Satıcı tətbiq olunan qanunvericiliyə uyğun olaraq, məhsullar üçün ödənmiş bütün məbləği Alıcıya geri qaytarır.
Sizin üzərinizə düşən yeganə xərc məhsulu Satıcıya geri qaytarmaq üçün tələb olunan xərclər olacaq (məsələn daşınma və s).
5. Məhsulların Satıcıya geri qaytarılma proseduru
Siz aldığınız məhsulu öz seçiminizə əsasən kuryer poçtu vasitəsi ilə Satıcıya geri qaytara bilərsiniz, bu zaman geri qaytarılan məhsulun çatdırılma haqqı Alıcı tərəfindən ödəniləcək.
6. Geri qaytarılmış məhsulların tətbiq olunan tələblərə uyğunluğunun yoxlanılması
Geri qaytarmaq istədiyiniz məhsullar yuxarıda göstərilən tələblərə uyğun olmadığı üçün qəbul edilmədiyi halda, siz bu barədə müvafiq
bildiriş alacaqsınız. Geri qaytarmaq istədiyiniz məhsul 4-cü bölmənin a), b), c), d), e) və f) bəndlərinin şərtlərinə cavab vermədiyi halda
məhsulu alarkən ödədiyiniz məbləği geri almaq hüququndan məhrum edilirsiniz. Geri qaytarmaq istədiyiniz məhsul qəbul edilmədiyi halda
Satıcı elektron məktubla bu barədə sizə məlumat verəcək. Həmin elektron məktubu aldığınız andan 14 (on dörd) gün ərzində siz
məhsulların Satıcıya geri qaytarılarkən olduğu vəziyyətdə sizin hesabınıza sizə geri qaytarılması barədə sorğu elektron poçt göndərə
bilərsiniz; siz bu barədə sizə bildiriləcək şərtlərə uyğun olaraq Satıcıya məlumat verməlisiniz. Əks halda, yəni siz məhsulların Satıcıya
geri qaytarılarkən olduğu vəziyyətdə sizə geri qaytarılması barədə sorğu göndərmədiyiniz və çatdırılma xərclərini qabaqcadan ödəmədiyiniz təqdirdə, və ya qeyd olunan məhsulları götürmədiyiniz halda bu fəaliyyətsizliyiniz məhsullara dair mülkiyyət hüququndan imtina etmək kimi dəyərləndiriləcək və Satıcıya onların üzərində öz mülahizəsinə görə sərəncam vermək hüququ verəcək.
7. Dəyərin geri qaytarılma müddəti və proseduru
Qaytarılmış məhsulların bütün tələblərə uyğunluğu Satıcı tərəfindən yoxlanıldıqdan sonra Sizə məhsulların qəbul edilməsi və ödənilmiş məbləğin tam
şəkildə geri qaytarılması haqqında elektron təsdiq məktubu göndəriləcək. Ödənişin geri qaytarılması proseduru yuxarıda qeyd olunmuş şərtlərə riayət
edilib-edilmədiyi yoxlanıldıqdan sonra həyata keçiriləcək.
Digər ödəniş üsulundan istifadə etmək barədə Satıcı ilə dəqiq razılığa gəldiyiniz hallar istisna olmaqla, Satıcı ödənişin geri qaytarılmasını məhsulları əldə edərkən sizin istifadə etdiyiniz ödəmə metodu ilə eyni metoddan istifadə etməklə həyata keçirir. Bir şərtlə ki, ödəniş geri qaytarılarkən sizin üzərinizə əlavə xərclər düşməmiş olsun. Sifarişə daxil olan məhsulları alan şəxslə həmin məhsulların dəyərini ödəyən şəxs fərqli adamlar olarsa, və Müqaviləyə xitam vermə hüququndan istifadə edilərsə, ödəniş Sifarişi ödəyən şəxsə geri qaytarılacaq. Kredit / debet kartı: məbləğin geri qaytarılma müddəti kartın emitent bankından asılı olaraq dəyişə bilər.
8. Zədələnmiş, qüsurlu məhsulları və ya Sifarişə uyğun olmayan məhsulların geri qaytarılması
Məhsulu Satıcının səhvi və ya məhsulun zədəli və ya qüsurlu olması səbəbindən geri qaytarırsınızsa, bu halda məhsulun çatdırıldığı tarixdən 14 (on dörd) gün ərzində Satıcını elektron qaytarış forması vasitəsilə məlumatlandırmalısınız.
Zədələnmiş, qüsurlu məhsulları və ya Sifarişə uyğun olmayan məhsulları aldığınız vəziyyətdə geri qaytarmalısınız. Bu bölmə üçün məhsulların geri
qaytarılma şərtlərini ehtiva edən 4-cü bölmənin a), b), c), d), е) və f) bəndləri və 5 bölmənin müddəaları tətbiq olunur.
Satıcı zədələnmiş, qüsurlu və ya Sifarişə uyğun olmayan məhsullar kimi geri qaytarılmış bütün məhsulları 6-ci bölmədə təsbit olunan prosedurlara
əsasən yoxlayır. Satıcı məhsulların həqiqətən də zədələnmiş, qüsurlu və ya Sifarişə uyğun olmadığını müəyyən etdikdən sonra çatdırılma xərcləri də
daxil olmaqla bütün ödənişi Sizə qaytaracaq (6-cı bölmədə göstərilən prosedura müvafiq olaraq) və qısa müddətdə Sizə müvafiq elektron məktub
göndərəcək.
Əgər Satıcı geri qaytarılmış məhsulların zədələnməsi vəya qüsurları üçün cavabdeh hesab oluna bilməzsə, o məhsulu qəbul etmədiyi haqda Sizə
məlumat verəcək; bu halda siz məhsulların Satıcıya geri qaytarılarkən olduğu vəziyyətdə sizin hesabınıza sizə geri qaytarılması barədə sorğu
göndərə bilərsiniz; siz bu barədə sizə bildiriləcək şərtlərə uyğun olaraq Satıcıya məlumat verməlisiniz. Əks halda, yəni siz məhsulların Satıcıya geri
qaytarılarkən olduğu vəziyyətdə sizə geri qaytarılması barədə sorğu göndərmədiyiniz və çatdırma xərclərini qabaqcadan ödəmədiyiniz təqdirdə, və ya qeyd olunan məhsulları götürmədiyiniz halda bu fəaliyyətsizliyiniz məhsullara dair mülkiyyət hüququndan imtina etmək kimi dəyərləndiriləcək və Satıcıya onların üzərində öz mülahizəsinə görə sərəncam vermək hüququ verəcək.
9. İdentifikasiya yarlığı
Xatırladırıq ki, Satıcı tərəfindən təklif olunan bütün məhsullar identifikasiya yarlığı ilə təchiz edilmişdir və bu yarlıqlar məhsulun ayrılmaz hissəsidir.
Məhsulları yoxlayarkən yarlığı qoparmamağınızı xahiş edirik. Yarlıqsız qaytarılmış məhsullar Satıcı tərəfindən qəbul edilməyəcək.
10. Tətbiq olunan qanunlar
Geri qaytarma siyasəti “Qaydalar və şərtlər” ayrılmaz tərkib hissəsidir və Elektron Ticarət haqqında AZƏRBAYCAN RESPUBLİKASI QANUNU ilə tənzimlənilir.
Sifarişi əldə etdikdən sonra 14 (on dörd) günərzində məhsulu müəyyən bir formanı dolduraraq geri qaytarmaq imkanınız olacaq. Zəhmət olmasa, qeydiyyatdan keçdiyiniz telefon və ya elektron poçt vasitəsi ilə məhsulların geri qaytarılması barədə bizə məlumatı təqdim edin. Geri qaytarılacaq məhsul orijinal vəziyyətdə, yəni zərərsiz və yad qoxusuz olmalıdır. Etiketlər və taglar məhsulun üzərində qalmalıdı. Məhsulda istifadə izləri
olmamalıdır. Ayrıca, sifarişə əsasən təyin olunmuş satış qəbzi məhsul ilə bərabər təqdim olunmalıdı. Əks təqdirdə, məhsul geri qaytarılmır və ya dəyişdirilmir.
Qaytarılma müvəffəqiyyətlə bitsə, mağaza işçisi sizə məhsulun geri alınmasını təsdiq edən qəbz təqdim edəcək.
Unutmayın ki, ENDİRİM zamanı əldə olunmuş məhsullar geri qaytarıla bilməz.
Məhsulu Satıcının səhvi və ya Sifarişinizə uyğun olmadığı səbəbindən geri qaytarırsınızsa, bu halda məhsulun çatdırıldığı tarixdən 14 (on dörd) gün ərzində Satıcını elektron poçt vasitəsilə məlumatlandırmalısınız. Zədələnmiş, Sifarişə uyğun olmayan məhsulları aldığınız vəziyyətdə geri qaytarmalısınız.
Geri qaytarılmayan əşyaların siyahısı:
• Qızıl və ya qızıldan hazır olunmuş məhsullar
• Qiymətli və yarı-qiymətli metallardan, daşlardan hazırlanmış məhsullar
• Parça məhsulları (lentlər, haşiyələr)
• Parfümeriya və kosmetika məhsulları
• Kişilər, qadınlar və uşaqlar üçün çimərlik geyimləri
• Alt paltarları
• Məişət əşyaları
• Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.)
• Uşaq oyuncaqları
• Kişilər, qadınlar və uşaqlar üçün corablar
• Yemək üçün plastik qablar